۱۳۹۳ اردیبهشت ۱۲, جمعه

Güney Azərbaycanlılar üçün Azərbaycan dilin qrammatikasin tez və sadə üslubda öyrənmək pulsuz Elektron kitabı yayıldı :

Əslində bu kitabı mən 2012 ilində , Küyülü Sәid bəy Nәccarin hazırlamış Elektron kitabı “ QISACIQ AZӘRBAYCAN TÜRKCӘSİ HAQQINDA ”- ndan , Sadə şəkilində Fars dilinə tərcümə etdim .

Güney Azərbaycanda Milli gedişat sürətlənmək üçün bizlərin çox ehtiyacı var ki tərcümə işlərində ciddi olaq . Azərbaycan yazılı kitabların Fars dilə çevirməkləri  çox faydalı və önəmli hərəkətdir , xüsusilə Tarix və Ana dilə rəbti olan kitablar yuxarı əhəmiyyətləri var .

Güney Azərbaycanda , Millətimizin çox bölümü Ana dildə yazıb və oxumaqda çətinlik çəkirlər ... başqa tərəfdən bəzi məlum qruplar ki Azərbaycanlıların birlik payaların sındırmaq istəyirlər çalışırlar , Azərbaycanlılar Güneydə Ana dilin Ərəb əlifbasında yazmağa alışsınlar ...

Bu təhlükəli iş Azərbaycanın Güney və Quzeyın ayırmaq niyyətinən irəli gedir ... Bu səbəbdən hər bir Milli insanın vəzifəsi bu yanlış işləri etgisiz hala gətirməkdir .

Çox təəssüf , Ki Quzey Azərbaycan dövləti bu məsələyə heç önəm vermir və Mədəni işlərin axımına qüvvət vermir . Demək olar bu neçə illərdə heç bir müsbət iş və plan Azərbaycanın Milli , mədəni inkişafına görə bölgədə yoxdur .

Hal bu ki başqa dövlətlər milyonlar xərcləyirlər ki öz cəmiyyətlərində mədəni işləri böyük yer versinlər amma Quzey Azərbaycanda belə işlərə , nəzərə gəlir hələ bacarıqda yoxdur .


Güney Azərbaycanın asımilə və manqurdlaşmaq prosesi neçə önəmli qaynağı var ki hər bir Milli insanın vəzifəsidir ən azı onları yazmağınan və xəbərdarlıq verməyinən , İş adamlarımızdan məsələni düzgün formada həl ediləmsi üçün , çarə və yol fikirləşmək və iş görmək üçün intizarları ortaya qoysun .
Mən özüm bir Azərbaycanlı ki Azərbaycanımızın Güney hissəsindənəm hər zaman bu axsaqlıqları aradan aparmaq üçün əlimdən gələn qədər çalışmışam amma gərək bir yuxarı səviyyədə bildiriş olsun ki Milli İnsanlarımız əsası nöqtələri və nöqsanları bilib və onları aradan götürmək üçün düzgün çalışsınlar .
Güney Azərbaycan , İnsanı çox illərdir ki Fars ədəbiyyat və dilin təsiri altında yaşayıb və öz Ana dilindən xəbərsiz qalıb ... Bizlər əgər istəyirik Azərbaycanın Milli gücün artıraq eliyə bilərik Azad və yeni müasir dünyanın verdiyi imkanlardan faydalanıb və sadə şəkildə pulsuz Elektron Kitabları hazırlamağınan bu Milli mədəni dirənişə lazımlı qan və ruh verək .

Ana dilimizin qrammatikasın tez və sadə şəkilində öyrənmək e – book , Fars dilində elə bu hədəfə yetişmək üçün olub ...
Bu kitab 2012də yayıldı və ən azı 10000 dəfə bu kitabı endirən olub , əlbəttə bu rəqəm əsil faydalanları görsədə bilmir , demək 10000 –dən çoxda ola bilər və bu rəqəm hələ azıdır ... Bu İran təkin ölkədə ki normal nəşr edən kitabların sayı 3000 olar , təkcə görsədir ki Güney Azərbaycanda böyük bir maraq var bu kimin kitablara və bir böyük boşluqdan hikayə edir ki bizlər nə qədər əlimizdə olan sadə imkanlardan istifadə etməyi bilə bacarmırıq !!! 


Kitabın səhifələrin sayı : 81
Kitab həcmi : 907 kb

Kitabı burdan endirin .

هیچ نظری موجود نیست:

ارسال یک نظر