۱۳۹۳ اردیبهشت ۱۲, جمعه

Ana dili 1-inci dərslik kitabın Elektron versiyası Güney Azərbaycanlılar üçün :

Güney  Azərbaycanlılar öz doğma Ana dillərin öyrənmək üçün çox əziyyət və çətinliklər çəkirlər , Təəssüflər olsun ki Azərbaycan dövləti bu problemlərin həli üçün lazımlı tədbirləri götürmür və əsasi məsələdən biganədir . Hal bu ki İran dövləti Fars dilin dünyada yayılması üçün hər il milyonlar para xərcləyir və çeşidli yollarınan çalışır öz mədəni egəmənliyin hətta , o ölkələrdə ki kökündən Fars dilin başaran və bilən yoxdur surdurə .
Təəssüf yeməli tərəf bu dur ki hətta Fars dilin Azərbaycanlılara öyrətmək üçün çeşidli saytlar və bloglar və vasitələr hazırlanır ... Amma 30 milyondan artıq Azərbaycanlı Güneydə hələ 20 il istiqlalından keçən , Azərbaycanın Quzey hissəsin dövlətin mədəni izlərin hiss etmirlər ...
Bu neçə ildə hətta bir balaca addım mədəni yardım üçün olmayıb amma Güney Azərbaycanın adsız və qeyrətli Milli adamları bu susqun və ölümcül əhvala razılaşmayıb və min bir çətinliyə ragmən qollarını çırmalanıb və öz alın təriylə az imkanlarına baxmayaraq çalışıblar ki Azərbaycanın adına layıq olan mədəni işləri yerinə yetirsinlər .
Bu Elektron Kitab olmuş , Azərbaycanın Ana dili 1- inci dərslik kitabı əvvəl dəfə Turuz saytın çalışanlar tərəfindən hazırlanıb . Bu Elektron kitab pulsuz və sadə şəkildə internetdə Milyonlar Güney Azərbaycanlıların Ana dillərin öyrənmək üçün yetərli vasitə olmasada amma çox lazım və zəruridir .
Azərbaycan üçün çalışan əllər var olsun .


Kitabın səhifələrin sayı : 153
Kitab həcmi : 15.76 Mb

Kitabı burdan endirin 

هیچ نظری موجود نیست:

ارسال یک نظر